15/11/2018 16:31

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9274 0.0254 0.3112


İdmandasan

Formula 1 Azərbaycan Qran-Prisinin hazırlıq işlərinə noyabrda start veriləcək


13.09.2018   18:13


Gələn ilin aprelində Bakıda təşkil olunacaq növbəti Formula 1 Azərbaycan Qran-Prisinin hazırlıq işlərinə noyabrda start veriləcək.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai sentyabrın 13-də jurnalistlərə bildirib.

N.Arpadarai deyib: “Oktyabrın sonunda bilet satışına start veriləcək. Bu dəfə də bilet satışı Azərbaycan vətəndaşları üçün endirim kampaniyası ilə başlayacaq. Biletlərin tez satışına başlanılması onunla bağlıdır ki, xaricilər planlarını əvvəldən qururlar”.

Yerli media nümayəndələri üçün seminar və treninqlərin təşkil olunacağını deyən N.Arpadarai yarışın ölkəmizdə keçirilməsinin uzadılması ilə bağlı danışıqların getdiyini diqqətə çatdırıb.




Xəbər lenti

15 Noyabr
14 Noyabr











ASAN Radio telefonunuzda
Facebook