USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsi genişləndiriləcək

Əlilliyin təyinatı və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən işçi qrupunun növbəti iclası keçirilib.

Nazirlikdən ASAN Radio verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq nazirlikdə aparılan islahatların mühüm hədəflərindən birinin də tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi olduğunu vurğulayıb.

Nazir bildirib ki, görülən işlər çərçivəsində əlilliyi olan şəxslər üçün bərpa mərkəzlərinin potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Həmin şəxslərin reabilitasiyasında müsbət nəticələrin əldə olunması üçün bərpa mərkəzlərinin imkanlarının artırılması təmin olunacaq. Bununla bağlı reabilitasiya mərkəzləri ilə bağlı nümunəvi nizamnamə hazırlanır.

S.Babayev, eyni zamanda, yaxın illərdə ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi üçün işlərin aparıldığını diqqətə çatdırıb.

Yeni “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda fərdi reabilitasiya proqramının icrasının xüsusi yer tutduğunu qeyd edən nazir ümumilikdə bu qanunda əksini tapan bir sıra məsələlərlə bağlı konkret icra prosedurlarını müəyyən edən qaydaların hazırlanması işlərinə başlandığını deyib. O, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq təcrübəyə uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması sahəsində işçi qrupu tərəfindən aparılan işlərin sürətləndirilməli olduğunu diqqətə çatdırıb.

İclasda işçi qrupunun gördüyü işlərin nəticələri, həmçinin cari ilin ilk yarımilində risk qrupu xəstəlikləri ilə əlaqədar təyin edilmiş I qrup əlillik təyinatları üzrə Səhiyyə Nazirliyindəki müvafiq işçi qrupu ilə birgə aparılan araşdırmaların yekunları barədə məlumat verilib. Risk qrupu xəstəlikləri ilə əlaqədar saxta tibbi sənədlər tərtib olunmaqla rəsmiləşdirilmiş göndərişlər əsasında yanlış əlillik təyinatlarının ləğv edildiyi və hazırda bu istiqamətdə işlərin davam etdirildiyi bildirilib.

İclasda bu ilin ilk yarımili ərzində risk qrupu xəstəlikləri ilə əlaqədar təyin edilmiş II və III dərəcə əlillik təyinatları üzrə araşdırmaların aparılması qərara alınıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!