USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın Baş naziri İsrailin müdafiə naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov sentyabrın 14-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə Novruz Məmmədov İsrailin müdafiə nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib. “Bu gün Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədədir. Ölkələrimiz müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı illərdə biz iki ölkə arasında yaxşı əlaqələr qura bilmişik”, - deyə Baş nazir vurğulayıb.

Azərbaycan-İsrail münasibətlərinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin önəmli olduğunu qeyd edən Novruz Məmmədov bildirib ki, bu əlaqələrin inkişafında hər iki ölkə maraqlıdır. Ölkələrimiz arasında münasibətlərin inkişafı regional və beynəlxalq təhlükəsizlik baxımından da önəmlidir.

Azərbaycanın tolerantlıq ənənələrindən danışan Baş nazir Novruz Məmmədov qeyd edib ki, ölkəmizdə müxtəlif xalqların, dinlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayırlar.

Azərbaycana hər səfəri zamanı böyük məmnunluq hissi keçirdiyini vurğulayan İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəmizdə özünü doğma evindəki kimi hiss etdiyini qeyd edib.

Ölkələrimiz arasında uzun illərdir mehriban və möhkəm əlaqələrin mövcud olduğunu qeyd edən müdafiə naziri bildirib ki, bu münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin xüsusi rolu olub. Hazırda hər iki ölkə rəhbərlərinin səyləri nəticəsində bu əlaqələr inkişaf edir.

Görüşdə hərbi sahə ilə yanaşı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!