USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının növbəti ünvanı - Fatmayı kəndi 

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətlərini hər həftə səyyar şəkildə müxtəlif kənd və qəsəbə sakinlərinə təqdim edir.

ASAN Radio xəbər verir ki, əlçatanlığı təmin edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası bu dəfə Abşeron rayonu, Fatmayi kəndində keçiriləcək. Sakinlər daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətlərdən yaralanmaq üçün Fatmayı kəndi, Qara Qarayev küçəsi 183 (Fatmayi İcra Nümayəndəliyinin yanında) ünvanındakı mobil ofislərə müraciət edə bilər. Aksiya çərçivəsində hər kəs 17-21 sentyabr tarixlərində saat 09:00-dan 17:00-dək yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı xidmətlərdən faydalanacaq.

İctimai əhəmiyyətli kampaniya əhalinin mülkiyyət hüquqlarından istifadəni təmin etməklə yanaşı, ölkədə qanunvericiliyə uyğun qeydiyyata alınmış daşınmaz əmlakların sayını artırır. Yüksək keyfiyyətli xidmətlərin göstərilməsi ilə vətəndaş məmnunluğu və rahatlığı təmin olunur. 

Məlumat üçün bildirək ki, hazırda kampaniya Abşeron rayonu, Pirəkəşkül-Qobustan qəsəbəsi, Məmmədəmin Rəsulzadə küçəsi 1 (Qobustan İcra Nümayəndəliyinin yanında) ünvanında davam edir. Hazırki statistikaya əsasən, qəsəbə əhalisi tərəfindən komitənin mobil ofislərinə ümumilikdə 40-dan çox müraciət daxil olub. Qanunvericiliyə uyğun olaraq bütün müraciətlər qəbul edilərək müfaviq xidmətlər göstərilib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!