USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan və İran dövlət sərhədində Novruz belə qeyd edildi - FOTOLAR Sabah hava necə olacaq? Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti artırılıb Quba-Xınalıq yolu  bağlandı - qar uçqunlarına görə Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
Ənvər paşanın nəvəsi: Bakıda erməni daşnakları ilə mübarizə türk əsgəri üçün vicdan borcuna çevrilmişdi

Azərbaycan mənim üçün fərqli bir ölkədir. Burada özümü vətənimdəki kimi hiss edirəm. Mənim qəlbimin bir hissəsi daim bu ölkədədir. Babalarım Ənvər paşanın və Nuru paşanın ruhu Azərbaycandadır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ənvər paşanın nəvəsi Arzu Ənvər Əroğan bildirib. Osmanlı dövlətinin 1918-ci ildə Azərbaycana göstərdiyi kömək barədə danışan Arzu xanım qeyd edib ki, 1918-ci ilin oktyabrında Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış Mudros Müqaviləsinin şərtlərinə görə Osmanlı dövləti Birinci dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilməli oldu. Erməni-daşnak, bolşevik qüvvələri Azərbaycanla Anadolu arasında o dövrdə inkişaf etməkdə olan münasibətlərə zərbə vurmaq üçün işğal hərəkatına başladılar. Bu zaman Azərbaycandan Ənvər paşaya müraciətlər başladı və bu müraciətlər bütün maneələrə baxmayaraq, qısa müddətdə Qafqaz İslam Ordusunun təşkili və hərəkatın başlanması ilə cavablandırıldı: “Babam Ənvər paşanın bu qərarı verməsinə yalnız bir səbəb var idi - Azərbaycandakı qardaşlarını erməni daşnaklarından xilas etmək”.

Arzu Ənvər Əroğan bildirib ki, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana göndərilməsini əks etdirən maraqlı tarixi faktlar da mövcuddur. Xəlil paşa o günləri belə izah edirdi: "Azərbaycanın təlim görmüş ordusu yox idi. Bakı ingilislər və onlara kömək edən daşnaklar və bolşeviklər tərəfindən işğal ediləndə mənə Şərq orduları komandanlığı vəzifəsi verildi. Ənvər paşa Bakı istiqamətində hərəkata keçəcək İslam Ordusu yaratmaq qərarına gəldi. Qurulacaq bu ordunun komandanlığını da qardaşım oğlu Nuruya verdi. Nuru paşa Ənvər paşanın qardaşıdır. Biz birlikdə döyüşmüşdük. Balkan cəbhəsində, I Dünya müharibəsi zamanı ona önəmli vəzifələr verilmişdi...”

Ənvər paşanın nəvəsi vurğulayıb ki, 1918-ci ildə Bakıda erməni daşnakları ilə mübarizə türk əsgəri üçün vicdan borcuna çevrilmişdi. O dövrdə və ondan əvvəlki hadisələr yazışmalarda qeyd olunurdu və 1918-ci ilin avqustunda Bakı əhalisinin Qafqaz İslam Ordusuna göndərdiyi müraciətin son cümlələri belə idi: “...Əgər siz bu böyük İslam şəhərini tuta bilməsəniz, Allah deyənlərin varlığını aradan qaldırmaq istəyən və qaldıran düşmənlər öndən və arxadan sizi əhatə edəcək, qıcanan dişlər yeni zülmlər üçün itilənmiş olacaq. Lakin sən, ey türk əsgəri, ingilislərin gücünü öz hesabına Çanaqqalada qırdın, onların güllələrinə, ən böyük hərbi gəmilərinə aylarla sinə gəldin. Türk adını ucaldan Çanaqqala, Kut-ül Amarə, Galisiya, Rumıniyadan sonra Qafqaza gələcəksən və Bakı şəhəri də igidlik tacının bir almaz daşı olacaq..."

Arzu Ənvər diqqətə çatdırıb ki, 1918-ci ildə daşnak-bolşevik qüvvələrinə qarşı aparılan mübarizənin bu gün müsbət nəticələri göz önündədir. Minlərlə şəhidin qanının töküldüyü torpaqda müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, bu gün ortaq inkişafa imkan yaradan əsl münasibətlərin möhkəm təməlləri qurulub. Ulu öndər Heydər Əliyevə və onun davamçısı Prezident İlham Əliyevə, eləcə də Türkiyə rəhbərlərinə münasibətlərin inkişafına verdikləri böyük töhfələrə görə daim böyük minnətdarlıq düşür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio