USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyə XİN-nin Bakının erməni-bolşevik işğalından azad olunması münasibətilə bəyanatı

Türkiyə XİN-i Bakının bolşevik-daşnak işğalından Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi münasibətilə bəyanatla çıxış edib.

Trend-in məlumatına görə, bəyanatda deyilir:

"Hörmət və ehtiramla Bakı uğrunda döyüşlərdə həlak olan Qafqaz İslam Ordusunun 1132 əsgərin, eyni zamanda, öz vətənləri üçün həyatlarını qurban verən azərbaycanlı qardaşlarımızın xatirəsini hörmətlə yada salırıq. Bu ildönümü Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrinin "Bir millət- iki dövlət" prinsipi üzərində qurulan ən mühüm mərhələlərindən biridir.

Bəyanatda həmçinin qeyd edilir ki, Bakının azad edilməsi ölkə paytaxtını Gəncədən Bakıya köçürülməsinə imkan verdi, dövlətin ərazi bütövlüyünün təmin olunmasına şərait yaratdı, həmçinin Azərbaycanın indiki sərhədlərinin yaranması üçün əsas oldu. "Qafqaz İslam Ordusunun qazandığı bu böyük qələbənin ildönümü Türkiyə və Azərbaycan qardaşlığı və həmrəyliyini simvolizə edir", - bəyanatda bildirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!