USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Merkel Rusiyanı Postsovet ölkələrində sabitliyi pozmaqda ittiham edib

Rusiya SSRİ-nin bir çox keçmiş respublikalarında sabitliyi pozur.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu cümə günü Almaniyanın kansleri Angela Merkel Litvanın Ukla şəhərinə yerləşdirilən alman hərbçiləri qarşısında çıxışı zamanı deyib.

"Biz görürük ki, mahiyyət etibarı ilə, demək olar ki, Avropa İttifaqı və NATO-ya daxil olmayan bütün keçmiş Sovet respublikaları Rusiyanın yaratdığı daxili münaqişələrlə üzləşirlər", - deyə Almaniya hökumətinin rəhbəri bildirib.

O əlavə edib ki, bu gün bütün bu dövlətlər öz ərazi bütövlüklərini bərpa etməklə məşğuldurlar, çünki Rusiya ya onların ərazilərinin bir hissəsini əlindən alıb, ya da orada münaqişə ocağı yaradıb.

Kansler bu iddiaya misal olaraq Ukrayna, Gürcüstan, Ermənistan, Moldova və Azərbaycandakı vəziyyəti göstərib.

A.Merkel qeyd edib ki, Bundserverin NATO missiyası çərçivəsində Baltikyanı ölkələrdə yerləşən bölmələri Rusiyanın apardığı hibrid müharibəsinin qarşısını almaq üçün lazımdır. Bu müharibəyə kiberhücumlar daxildir.

Onun sözlərinə görə, Baltik ölkələri və Polşada rotasiya əsasında hazırda 4 min 500 nəfərdən çox NATO əsgər və zabiti var.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!