USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan İlahiyyat İnstitutunun açılışı olub

Sentyabrın 17-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Türkiyə Diyanət Vəqfi 29 Mayıs Universiteti İdarə Heyətinin sədri Tayyar Altıkulac, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak ediblər.

Tədbirdə Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Aİİ-nin yaradılmasının dövlətimizin başçısının dinə, mənəvi dəyərlərə qayğısının ən böyük göstəricilərindən biri olduğunu söyləyən rektor bu müdrik qərara və din sahəsinə göstərdiyi yüksək diqqətə görə bütün ilahiyyatçılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. C.Məmmədov deyib: “Sovet dövrünün qadağa və məhdudiyyətləri ilə üzləşən, ancaq ruhdan düşməyən, gələcəyə ümidlə baxan ruhanilərimizin ən böyük arzularından biri Azərbaycanda ali dini təhsil müəssisəsinin yaradılması olub. Belə ki, Aİİ-nin yaradılması Azərbaycanın dövlətçilik tarixində dini sahədə qəbul edilmiş ən ciddi qərarlardan biridir. Biz bu məsuliyyətin yükünü anlayır, dövlətimizin göstərdiyi etimadı, xalqımızın bizə bəslədiyi inam və ümidi doğrultmaq üçün səylə çalışırıq. 2018-2019-cu tədris ilində dövlət sifarişi əsasında qəbul üzrə Aİİ-nin islamşünaslıq ixtisasına 35, dinşünaslığa isə 25 plan yeri təsdiq edilib. Bu ayrılmış plan yerləri 100 faiz dolub. İnstitutun dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə təhsil standartları Təhsil Nazirliyinə təqdim edilib və nazirliyin müvafiq şöbəsindən müsbət rəy alınıb. Hazırda institutda bir fakültə, üç kafedra mövcuddur. İnstitutda tədris Azərbaycan dilində həyata keçirilir. Gələcəkdə rus, ingilis və ərəb dilli bölmələrin açılması və dünyanın müxtəlif ölkələrindən tələbələrin institutda təhsilə cəlb olunması nəzərdə tutulur”.

 

Sonra Etibar Nəcəfov, Mübariz Qurbanlı, Tayyar Altıkulac, Siyavuş Novruzov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah və başqaları çıxış edərək Aİİ-nin yaranması münasibətilə xalqımızı və institut heyətini təbrik ediblər. Natiqlər yeni təhsil müəssisəsinin quruculuğu sahəsində görülən işləri təqdir edərək Aİİ rəhbərliyinin və formalaşdırılan kollektivin bu böyük məsuliyyətin öhdəsindən uğurla gələcəyinə əminliyini bildiriblər.

 

Tədbirdə iştirak edən dini icmaların rəhbərlərinin adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!