USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən təntənəli parad Türkiyə mətbuatında

Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən təntənəli parad Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

 

AZƏRTAC xəbər verir ki, Anadolu, İHA və DHA xəbər agentlikləri, TRT HABER, HABER TÜRK, TRT AVAZ və başqa televiziya kanalları, “Yeni çağ”, “Akşam”, “Posta”, “Hüriyyət”, “Milliyyət”, ”Sabah”, “Vətən” və digər çoxtirajlı qəzetlər Türkiyə dövləti başçısının Azərbaycana səfərinə, Bakıda keçirilən parada və bu təntənəli mərasimdə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakına geniş yer ayırıblar.

 

Anadolu agentliyi mövzu ilə bağlı 40 foto və 3 videomaterial yayıb. TRT HABER kanalı paradın açılış mərasimini birbaşa translyasiya edib. Bundan başqa, TRT-nin baş direktoru İbrahim Erenin layihə rəhbərliyi ilə bu kanal Bakının işğaldan azad olunmasının 100-cü ildönümünə həsr edilən bayram proqramı hazırlayıb.

 

Mövzunu manşet materialı kimi təqdim edən “Vətən”, “Milliyyət”, ”Sabah” və digər qəzetlər “İşğal bitmədən sərhədlər açılmaz” başlığı ilə təqdim etdikləri yazılarda dövlət başçılarının çıxışlarındakı mühüm məqamları alt başlıqlarla türkdilli oxucuların diqqətinə çatdırıblar.

 

Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışında Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirləri təqdim edən “Yeni çağ” qəzeti həmin yazı ilə yanaşı, təcavüzkar Ermənistanın işğalçı ordusunun cəbhə bölgəsində mülki azərbaycanlı əhalini davamlı şəkildə atəşə tutmasına dair məlumat yayıb.

 

Yayılan materiallarda bildirilir ki, Azərbaycanın və Türkiyənin dostluq və qardaşlıq münasibətləri hazırkı dövrdə tarixin bütün dövrlərində olduğundan daha möhkəmdir. Bu, sıx, təmənnasız və tarixi əhəmiyyət daşıyan əlaqələrin qorunmasında və inkişafında Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətləri böyük gücə malikdir. Türkiyə KİV-lərinin Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışındakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı məqamlara geniş yer ayırması bütövlükdə Türkiyə xalqının Azərbaycana qardaşlıq münasibətinin təzahürüdür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!