USD - 1.7 EUR - 1.9164 RUB - 0.0263 TRY - 0.2892 DAHA ÇOX
SON DƏQİQƏ
Mübariz Qurbanlı: Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi üçün çox ciddi islahatlar həyata keçirib Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb Azərbaycan XİN nazirlərin Vaşinqton görüşü barədə: Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı keçirilib Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib
Ölkədə benzin və dizelin istehsalı artıb

Cari ilin ilk səkkiz ayında Azərbaycanda 1 milyon 361,9 min ton dizel yanacağı, 807 min ton avtomobil benzini, 151,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 418 min ton ağ neft, 50,9 min ton yanacaq mazutu, 58 min ton sürtkü yağları, 192,5 min ton neft bitumu və 173,5 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, səkkiz ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 92,6 milyon manat olmaqla əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,6 faiz artıb.

Hesabat dövründə neft məhsullarından yanacaq mazutunun istehsalı 79,8 faiz azalıb. Avtomobil benzininin, ağ neftin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə çoxalıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio