USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ADA Universitetinə orta qəbul balı 548 təşkil edib

ADA Universiteti 2018-2019-cu tədris ilinin qəbul nəticələrini açıqlayıb. ASAN Radio xəbər verir ki, ali təhsil ocağına yeni 529 bakalavr və 100 magistr qoşulub. Universitetin tədris, təhlil və planlaşdırma şöbəsinin məlumatına görə, bu il bütün ixtisaslar üzrə ümumi orta qəbul balı 548  təşkil edib. Ölkə üzrə ən yüksək -700 bal toplayanlardan beş nəfər abituriyent ADA-nı seçib. Bu tədris ilindən etibarən açılan hüquqşünaslıq ixtisasına isə nəzərdə tutulan yerlər dolaraq keçid balı 601 olub. Tədris məsələləri üzrə prorektor Vəfa Kazdal bildirib: “Digər tədris proqramlarımız kimi, hüquq proqramımız da dünyanın bu sahədə aparıcı təhsil təcrübələrinə və savadlı, səriştəli, məsuliyyətli qlobal vətəndaşlar yetişdirmək kimi missiyamıza söykənir. Gələcək  məzunlarımız öz sahələrində yüksək etik dəyərlərə, güçlü tətbiqi biliklərə, XXI əsrin tələb etdiyi tənqidi düşüncə, təhlil, dəyərləndirmə və kommunikasiya qabiliyytələrinə malik kadrlar kimi çöx töhfələr verəcəklər.”

ADA Universitetinə bu il 38 müxtəlif ölkədən xarici tələbə qəbul olunub. Onlardan 5 nəfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilki müvafiq sərəncamına uyğun olaraq İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri vətəndaşlarına ayrılan təhsil qrantlarından yararlanıblar,  14 nəfər isə Xarici İşlər Nazirliyi tərəfindən təsis edilən Əlimərdan bəy Topçubaşov təqaüdü qazanıblar. Universitetin beynəlxalq, hökumət və tələbə məsələləri üzrə prorektoru Fariz İsmayılzadənin sözlərinə görə, bu il Bolqarıstan, Çili, Eritreya, Fransa, İndoneziya, Tacikistan və Liberiya ADA-ya ilk tələbələrini göndərib: “Tələbə heyətimizin artan beynəlmilləlliyi ADA fərqlərindən biridir. Bununla yanaşı hər tələbə mübadilə proqramı ilə 70-ə yaxın xarici universitet tərəfdaşlarımızdan birində bir semestr təhsil ala bilər. Fərqli mədəniyyətdə keçirilən təhsil vaxtı  gənclərimizə tək akademik biliklər vermir, eləcə də məsuliyyət, təşəbbüs, cavabdehlik kimi dəyərləri aşılayır. Onların milli kimlik və vətənpərvərlik ruhu daha da möhkəmlənir. ”

Qeyd edək ki, 2018-2019cu tədris ilinin nəticələrinə görə ADA Universitetinə qəbul edilən 198 nəfər tələbənin təhsil xərcləri qaçqın, məcburi köçkün, valideyn himayəsindən məhrum, Qarabağ mühairbəsi əlili və digər sosial imtiyazlı təbəqəyə aidiyyatı üzrə dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!