USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir inam Kərimov ADAU-da yeni dərs ilinin açılışında

Azərbaycan Dövlət Aqrar Universitetində 2018/2019 tədris ilinin açılış mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, nazirliyin müvafiq strukturlarının rəhbərləri də iştirak ediblər. 

ASAN Radio KTN-ə istinadla bildirir ki, universitetin Mühəndislik korpusunun həyətində dərs ilinin başlanmasına həsr edilən tədbiri giriş sözü ilə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Rektor universitetin maddi-texniki bazasının müasirləşdirilməsi və  rəqabətədavamlı kadr hazırlığının təmin edilməsinə Kənd Təsərrüfatı Nazirliyinin verdiyi dəstəkdən danışıb,  yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib. 

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən aqrar siyasət kursunun nəticələri, qarşıda duran vəzifələr və bu vəzifələrin icrasında Azərbaycan Dövlət Aqrar Universitetinin rolu barədə danışıb, professor-müəllim və tələbələri yeni dərs ili münasibətilə təbrik edib. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov isə çıxışında ölkədə aparılan uğurlu aqrar siyasətin nəticələrini qeyd edib, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim və tələbələrinə yeni dərs ilində uğurlar arzulayıb.

Daha sonra nazir İnam Kərimov kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüşüb. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və dəstəyi ilə bu ildən etibarən Azərbaycan Dövlət Aqrar Universitetini fərqlənmə diplomu ilə bitirmiş tələbələr ixtisasları üzrə işlə təmin olunacaqlar. Bu il ilk olaraq 10 belə tələbənin işlə təmin olunacağını deyən nazir növbəti ildən bu rəqəmin daha da artacağına ümidvar olduğunu deyib. Kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradıldığı barədə məlumat verən nazir İnam Kərimov qeyd edib ki, xidmətyönümlü fəaliyyət göstərəcək DAİM-lərin işinin uğurla təşkili bu mərkəzlərdə gənc, peşəkar kadrların çalışmasını zəruri edir və ADAU DAİM-lərin peşəkar kadrlarla təmin olunmasında baza rolunu oynaya bilər.

Nazir İnam Kərimov Aqronomluq fakültəsində akademik Cəlal Əliyev adına auditoriyanın açılışında iştirak edib, ADAU-da yaradılmış heyvandarlıq, balıqçılıq, quşçuluq kompleksləri və istixanalarla, Baytarlıq korpusunun 2-ci və 3-cü mərtəbələrinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə, Tələbə Yataqxana Kompleksi, Aqrotexnologiya və İqtisadiyyat korpusu ilə tanış olub. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!