USD - 1.7 EUR - 1.923 RUB - 0.0257 TRY - 0.3219 DAHA ÇOX
SON DƏQİQƏ
Moskvada Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir Səhiyyə naziri Oqtay Şirəliyev ATU-da yeni Tədris Mərkəzinin açılışında iştirak edib Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə rəhbər təyinatı olub “Kərgədan buynuzu” tamaşası nümayiş olunub
KXDR və Cənubi Koreya liderlərinin Pxenyandakı sammitinin ilk günü

KXDR və Cənubi Koreya liderləri Kim Çen In və Mun Ce-in arasında Pxenyanda keçirilən rəsmi danışıqlarının ilk günü başa çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sammit yerli vaxtla saat 15:45-də Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin binasında keçirilib.

Koreya Respublikasının Prezidenti Mun Ce-in danışıqlar zalına getməzdən öncə fəxri qonaqlar kitabında bu sözləri yazıb: “Sülh və tərəqqi – həmvətənlərin vahid gözləntisi”.

Kim Çen In sammiti açarkən Cənubi Koreya prezidentini iki Koreya dövlətinin, eləcə də Pxenyan-Vaşinqton münasibətlərinin inkişafında göstərdiyi səylərə görə tərifləyib: “Mən prezident Munla üçüncü dəfədir görüşürəm və hiss edirəm ki, biz həqiqətən yaxınlaşmışıq. Əldə edilən uğur prezident Munun səyləri nəticəsində mümkün olub. Şimal və Cənubun münasibətləri, KXDR və ABŞ-ın münasibətləri yaxşılaşıb”.

Liderlər arasında danışıqlar sentyabrın 19-da davam etdiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio