USD - 1.7 EUR - 1.9164 RUB - 0.0263 TRY - 0.2892 DAHA ÇOX
SON DƏQİQƏ
Mübariz Qurbanlı: Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi üçün çox ciddi islahatlar həyata keçirib Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb Azərbaycan XİN nazirlərin Vaşinqton görüşü barədə: Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı keçirilib Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib
Rusiya MN: “İl-20” İsrail təyyarəçilərinin təqsiri ucbatından vurulub

Rusiyanın “İl-20” təyyarəsi Aralıq dənizində Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin general-mayoru İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, İsrail qırıcıları Rusiyanın “İl-20” təyyarəsinin arxasında gizlənərək onu Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin zərbəsi qarşısında qoyublar. Təyyarə “S-200 raket kompleksi ilə vurulub. “İsrail hərbçilərinin məsuliyyətsiz hərəkətləri nəticəsində Rusiyanın 15 hərbi qulluqçusu həlak olub. Bu, Rusiya-İsrail tərəfdaşlığının ruhuna əsla uyğun deyil”, - deyə İqor Konaşenkov qeyd edib.

Rusiyalı general, həmçinin planlaşdırılan əməliyyat barədə İsrailin Rusiyanı gec xəbərdar etdiyini deyib. O, ölkəsinin İsrail hərbçilərinin Lazkiyə rayonundakı fəaliyyətini düşmənçilik kimi qiymətləndirdiyini və Müdafiə Nazirliyinin adekvat fəaliyyət hüququnu özündə saxladığını vurğulayıb.

İsrailin Moskvadakı səfirliyi informasiyanı şərh etməkdən boyun qaçırıb.

Xatırladaq ki, sentyabrın 17-də Moskva vaxtı ilə saat 23:00-da Rusiyaya məxsus “İl-20” təyyarəsi Suriyada yerləşən Hmeymim aviabazasına qayıdarkən Aralıq dənizində radarlardan itib. Həmin vaxt İsrailə məxsus 4 ədəd “F-16” təyyarəsi Lazkiyə əyalətindəki hərbi obyektlərə zərbə endirirdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio