USD - 1.7 EUR - 1.9326 RUB - 0.0255 TRY - 0.3191 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib Kiyevdə Heydər Əliyev adına parkda anım mitinqi keçirilib Müdafiə Nazirliyinin şəxsi heyəti ümummilli liderin xatirəsini yad edib Avropa Məhkəməsində Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı müsbət nəticə əldə oluna bilər
Mədəniyyət xadimlərinə fəxri adların vəsiqələri və döş nişanları təqdim olunub

Beynəlxalq Muğam Mərkəzində fəxri adlara layiq görülmüş mədəniyyət xadimlərinə fəxri adların vəsiqələri və döş nişanları təqdim olunub. 

Sentyabrın 17- də Beynəlxalq Muğam Mərkəzində prezident İlham Əliyevin  müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı  xidmətlərinə görə təltif olunmuş musiqi xadimlərinə  fəxri adların və mükafatların döş nişanlarının və vəsiqələrinin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən  mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, fəxri adların Cümhuriyyətin 100 illiyi ərəfəsində verilməsi xüsisilə əlamətdardır. Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir.

Azərbaycan xalqı isdedadlı xalqdır. Xalqımız,mədəniyyətimiz,müxtəlif sahələrdə böyük sənətkarlar, dahilər yetişdirib. Onlar bizim mədəniyyətimizi,musiqimizi yaşadır. Məhz Prezident İlham Əliyev və birinci vitse-prezident,birinci  xanım Mehriban Əliyevanın gördüyü işlər nəticəsində Azərbaycan mədəniyyəti inkişaf edir və dünyada öz layiqli yerini tutur: “Yalnız müstəqilliyimizdən sonra biz zəngin mədəniyyətimizi bəşəriyyətə tanıda bilmişik” deyə nazir vurğulayıb.

Sonra Xalq artisti və Əməkdar artist adına layiq görülmüş musiqiçilərə fəxri adların vəsiqələri və döş nişanları təqdim edilib.

Mərasimdə çıxış edən  “Şöhrət” ordenli,Xalq artisti  Teymur Göyçəyev, Xalq artisti adına layiq görülmüş Murad Dadaşov və digər təltif edilənlər bu günün onlar üçün əsl bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio