22/10/2018 18:13

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9570 0.0259 0.3012


Mədəniyyət

Azərbaycanı "Junior Eurovision 2018"də təmsil edəcək ifaçının adı açıqlanıb


18.09.2018   16:20


Azərbaycanı Belarusun paytaxtı Minskdə keçiriləcək "Junior Eurovision 2018" beynəlxalq mahnı müsabiqəsində Prezident təqaüdçüsü Fidan Hüseynova təmsil edəcək.

Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) "Junior Eurovision 2018" mahnı müsabiqəsi ilə bağlı keçirilən mətbuat konfransında məlumat verilib. 

Tədbirdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, İTV-nin Musiqi, bədii və xüsusi layihələr departamentinin rəhbəri Leyla Quliyeva iştirak ediblər.

Qeyd edək ki, Fidan Hüseynova 2005-ci ildə anadan olub. O, 2017-ci ildə "Testene Art Baku" beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yer qazanıb. Bundan başqa, "San Remo Junior" festivalında iştirak edərək üçüncü yerə layiq görülüb. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Fidan Hüseynovanın adı Azərbaycanın gənc istedadlarının "Qırmızı kitabı"na salınıb və Prezident təqaüdünə layiq görülüb.




Xəbər lenti

22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook