USD - 1.7 EUR - 1.9187 RUB - 0.0255 TRY - 0.3217 DAHA ÇOX
SON DƏQİQƏ
Bu il "Formula 1" yarışlarında marşal olmaq istəyənlərin sayı artıb Prezident İlham Əliyev Siyavuş Novruzovu "Şöhrət" ordeni ilə təltif edib İndiyədək 5144 vərəsəyə birdəfəlik ödəmə verilib Hava xəbərdarlığı edildi Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi gələcəkdə daha çox Avropa ölkəsini əhatə edə bilər  
"Qarabağ"ın Portuqaliyaya səfər proqramı açıqlanıb

Avropa Liqasının qrup mərhələsinin ilk turunda Portuqaliyada "Sportinq"in qonağı olacaq "Qarabağ"ın səfər proqramı müəyyənləşib.

ASAN Radio klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 19:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çarter reysi ilə yola düşəcək. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı sentyabrın 19-u Bakı vaxtı ilə saat 21:30-a təyin olunub.

Oyundan dərhal sonra vətənə dönəcək Ağdam təmsilçisi sentyabrın 21-də saat 09:05-də Bakıya çatacaq.

Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio