USD - 1.7 EUR - 1.923 RUB - 0.0257 TRY - 0.3219 DAHA ÇOX
SON DƏQİQƏ
Moskvada Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir Səhiyyə naziri Oqtay Şirəliyev ATU-da yeni Tədris Mərkəzinin açılışında iştirak edib Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə rəhbər təyinatı olub “Kərgədan buynuzu” tamaşası nümayiş olunub
Şahzadənin xanımı müsəlman qadınlarla mətbəxdə

İngiltərə Şahzadəsi Harri ilə evli olan Susseks hersoginyası Meqan Markl müsəlman qadınlarla birlikdə yemək bişirib.

Meqan 14 iyun 2017-ci ildə Londonda "Grenfell Tower"də baş vermiş yanğında ölən 72 nəfərin ailələrinə dəstək üçün müsəlman qadınlarla birlikdə nahar hazırlayıb.

Məlum olub ki, Şahzadə xanımı yanvar ayından etibarən Müsəlman Cəmiyyətin evinə bir neçə dəfə gizlicə gedərək "Grenfell Tower" üçün hazırlanan yemək kitabına şəxsən öz töhfələrini verib. Meqan Markl kitabın müqəddiməsində cəmiyyətin yeməkxanasını "Hubb Community Kitchen - birlikdə gülən, kədərlənən, ağlayan və yemək bişirən qadınların yeridir. Burada mədəni milliyyət bir damın altında birləşir və hər kəsin özünü rahat hiss edə biləcəyi guşə yaradılır. "Hubb Community Kitchen"-də hamı birləşməyə və ünsiyyətə ümumi ehtiyacı hiss edir, həmçinin birlikdə yemək hazırlama prosesində sevincləri və uğursuzluqları bir-biri ilə paylaşmağı öyrənirlər".

Hazırlanan yemək kitabı yanğın qurbanlarının ailələrinə dəstək vermək üçün nəşr olunub. Könüllülərin hazırladığı kitabın adı "Together: Our Community Cookbook" (Birlikdə: İcmamızın Yemək kitabı") adlanır. Cümə günü satışa çıxarılacaq kitabın satış qiyməti 9,99 Funt Sterlinq olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio