USD - 1.7 EUR - 1.9326 RUB - 0.0255 TRY - 0.3191 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib Kiyevdə Heydər Əliyev adına parkda anım mitinqi keçirilib Müdafiə Nazirliyinin şəxsi heyəti ümummilli liderin xatirəsini yad edib Avropa Məhkəməsində Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı müsbət nəticə əldə oluna bilər Bakıda həyat yoldaşını eyvandan ataraq öldürən şəxs tutuldu
Rövşən Rzayev məcburi köçkünləri qəbul edib

Sentyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib. Qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər.

Komitədən ASAN Radioya verilən məlumata görə, məcburi köçkünlərin hər birinin müraciəti diqqətlə dinlənilib və mahiyyəti üzrə cavablandırılıb. Müraciətlərin əksəriyyəti müvəqqəti yaşayış yerlərindəki vəziyyət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi ilə bağlı olub.

Prezident İlham Əliyevin sosial siyasətinin prioritetlərindən biri kimi məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, yeni mənzillərə köçürülməsinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərdiyi böyük diqqət və qayğı qəbula gələnlər tərəfindən dərin razılıq hissi ilə qeyd edilib. Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlərin sağlamlığının qorunmasına, müayinə və müalicəsinin təşkilinə aid konkret faktlardan söhbət açılıb, Fondun rəhbərliyinin, şəxsən Mehriban xanımın ünvanına səmimi xoş sözlər və minnətdarlıq duyğuları ifadə olunub.

Vətəndaşlara bir daha bildirilib ki, Azərbaycan dövləti məcburi köçkünlərin normal və təminatlı yaşayışı üçün zəruri tədbirləri davam etdirməklə yanaşı, işğal altındakı ərazilərin tezliklə azad olunması, didərginlik məhrumiyyətlərinə son qoyulması üçün də məqsədyönlü və təsirli iş aparır. Diqqətə çatdırılıb ki, məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir və onların bu komplekslərə köçürülməsi mərhələli şəkildə həyata keçiriləcək, ilk növbədə, ən ağır şəraitdə yaşayanlar mənzillə təmin olunacaqlar.

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərində qaldırılmış məsələlərin araşdırılması və mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio