22/10/2018 18:31

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9570 0.0259 0.3012


Dövlət xidmətləri

“Azəriqaz” “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlayacaq


18.09.2018   19:08


“Azəriqaz” İstehsalat Birliyi (İB) sentyabr ayının 21-dən etibarən “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlayacaq.

İB-dən ASAN Radioya bildirilib ki, əsas hədəflərdən biri regionlarda açılacaq “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 21-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda Goranboy rayonundan başlayaraq Göyçay, Ağstafa, Xaçmaz, Tovuz, Ağdam, Hacıqabul, Cəlilabad, Şəki, Ağsu, Şirvan, Biləsuvar və Yevlax rayonlarında xidmətlər göstərməyə başlanılacaq.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.




Xəbər lenti

22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook