Bu gün Azərbaycana gətirilən “Buta Airways”-ə məxsus yeni “Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olub. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı aviaşirkət yayıb. Yeni təyyarə aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək.
“Buta Airways”in yeni təyyarəsi Şərur rayonunun bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə “Günnüt” adlandırılıb.
Qeyd edək ki, dünya təcrübəsində təyyarələrə adətən böyük şəhərlərin və şəxsiyyətlərin adı verilir. İlk dəfə olaraq Azərbaycanda yeni alınan təyyarəyə kənd adı verilib.
XƏBƏR LENTİ