USD - 1.7 EUR - 1.9292 RUB - 0.0255 TRY - 0.3157 DAHA ÇOX
SON DƏQİQƏ
Matç zamanı Belarusun himni yerinə “Nu pogodi”dən mahnı səsləndi Prezident İlham Əliyev Gülağa İslamovu ordenlə təltif edib BMT-nin qərargahında “Dağ yəhudiləri” kitabının təqdim olunması şərəfinə rəsmi qəbul Tanınmış futbol fristayleri Bakıya gələcək Fransa Prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərimizi davam etdirəcəyik”
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (www.cabmin.gov.az) yeni tərtibatda fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, saytın strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında mükəmməl dizayn hazırlanıb.

Saytın baş səhifəsində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun fəaliyyəti ilə bağlı ən son xəbərlər və yeniliklər yerləşdirilib. Bununla yanaşı, baş səhifədəki axtarış xidməti vasitəsilə müvafiq xəbərləri və imzalanmış sənədləri əldə etmək olar.

Baş səhifədə edilmiş yenilik, həmçinin Baş nazirin fəaliyyəti və imzalanmış sənədlər barədə Twitter sosial internet şəbəkəsindən operativ məlumat əldə etməyə imkan verir.

Saytda “Azərbaycan”, “Xəbərlər”, “Sənədlər”, “Rəhbərlik”, “Nazirlər Kabineti”, “Nazirlər Kabinetinin Aparatı”, “Müraciətlər”, “Əlaqə” bölmələri yenilənmiş formatda fəaliyyət göstərir.

“Azərbaycan” bölməsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın tarixi, ərazisi, Konstitusiyası ilə tanış olmaq mümkündür. Bu bölmədə, habelə milli bayramlar, tariximizin qanlı səhifələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar və iqtisadi mövzuda materiallar yerləşdirilib.

“Xəbərlər” bölməsində Baş nazirin görüşləri və səfərləri, iştirak etdiyi tədbirlər haqqında xəbərlər, eləcə də Nazirlər Kabineti mətbuat xidmətinin məlumatları, “Sənədlər” bölməsində isə Nazirlər Kabinetinin qərarları və məktublar yer alır.

“Rəhbərlik” bölməsində Baş nazir və Baş nazirin müavinləri, “Nazirlər Kabineti” bölməsində isə Nazirlər Kabinetinin statusu, səlahiyyətləri, iş qaydası, tərkibi, mərkəzi icra hakimiyyəti orqanları, “Nazirlər Kabinetinin Aparatı” bölməsində aparatın strukturu və əsasnaməsi barədə məlumatlarla tanış olmaq mümkündür.

“Müraciətlər” bölməsində isə vətəndaşlara Nazirlər Kabinetində qəbul günləri, qəbula yazılmaq, elektron qaydada müraciət qaydaları barədə məlumat verilir. Həmçinin bu bölmədə müraciətlə bağlı qanunvericilik aktları əksini tapıb.

Saytda ən son nailiyyətlər əsasında fotoqalereya təqdim edilir. Burada Baş nazirin görüşlərindən və səfərlərindən, iştirak etdiyi tədbirlərdən fotoşəkillər verilir.

Nazirlər Kabinetindən verilən məlumata görə yaxın vaxtlarda saytın xarici dillərdə də (rus və ingilis) bölmələri təqdim olunacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio