USD - 1.7 EUR - 1.923 RUB - 0.0257 TRY - 0.3219 DAHA ÇOX
SON DƏQİQƏ
Moskvada Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir Səhiyyə naziri Oqtay Şirəliyev ATU-da yeni Tədris Mərkəzinin açılışında iştirak edib Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə rəhbər təyinatı olub “Kərgədan buynuzu” tamaşası nümayiş olunub
Kəndlərdə aqrobizneslərə dəstək üçün biznes inkubatorlar yaradılır

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kəndlərdə əhalinin məşğulluq səviyyəsini artırmaq və aqrar bizneslərin sayını artırmaq üçün innovativ layihəyə başlayıb. Kəndlərdə aqrobizneslərə dəstək üçün biznes inkubatorlar yaradılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 19-da biznes inkubatorlarının fəaliyyətə başlaması və İcma Biznes Təbliğatçıları və Qadın İnkişaf Qrupu Müəssisələrinə sertifikatların təqdimatı mərasimində Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.

Xidmət rəisi qeyd edib ki, layihə çərçivəsində yaradılmış yeni model kənd qadınlarının iqtisadi imkanlara çıxışını məhdudlaşdıran sosial-iqtisadi maneələri aradan qaldırmaqla onların təşkilatlanmasına kömək edir. Modelə əsasən, eyni məhəllədə yaşayan və qarşılıqlı olaraq bir-birinə dəstək olan 15-20 qadın bir araya gəlib qrup yaradır və öz biznes təşkilatlarını formalaşdırır.

Artıq bu layihə çərçivəsində, pilot olaraq, 5 rayonda - Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakəndə 100-ə yaxın qadından ibarət 6 Qadın İnkişaf Qrupu təsis edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio