23/10/2018 09:09

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9570 0.0259 0.3012


Dövlət xidmətləri

Səyyar ASAN xidmət Çilov adasında


20.09.2018   09:52


20 sentyabr “Neftçilər günü” münasibəti ilə SOCAR və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

Bu barədə ASAN Radioya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Tədbir çərçivəsində Çilov adasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeyində olan qurumlarda çalışan bir qrup neftçiyə və onların ailə üzvlərinə Səyyar ASAN xidmət təqdim edilib. Vətəndaşlar tədbir çərçivəsində şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi,  eləcə də “Azəriqaz” İB-nin xidmətlərindən yararlanıblar.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Videoya keçid: https://bit.ly/2xnZdjM 

 




Xəbər lenti

22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook