USD - 1.7 EUR - 1.9292 RUB - 0.0255 TRY - 0.3157 DAHA ÇOX
SON DƏQİQƏ
Tanınmış futbol fristayleri Bakıya gələcək Fransa Prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərimizi davam etdirəcəyik” Şəhid hərbi qulluqçuların daha 423 vərəsəsinə birdəfəlik ödəmələr veriləcək Prezident İlham Əliyev: Səhiyyə sahəsindəki islahatlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, yüksək səviyyəli tibbi xidmət ala bilsinlər Ermənistanda baş leytenant xidmət yoldaşını güllələdi
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında

Fransada nəşr olunan “La Lettre Diplomatique” (“Diplomatik məktub”) jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunub.

Buraxılışda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin “İnnovativ və müasir dövlət xidmətləri beynəlxalq əməkdaşlığa töhfə verir” başlıqlı məqaləsi də dərc olunub.

Məqalədə prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların tərkib hissəsi kimi  “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixi , fəaliyyət istiqamətləri, həyata keçirilən xidmətlər barədə məlumat verilib. Eyni zamanda, “ASAN xidmət” təcrübəsinin bölüşülməsi məqsədilə bir sıra ölkələrlə, o cümlədən İtaliya, Fransa, Əfqanıstan, İndoneziya, Koreya, Mərakeş, Monteneqro ilə imzalanmış Anlaşma Memorandumlarının əhəmiyyəti qeyd olunub.

"ASAN xidmət"in Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görüldüyü əks olunub.

Həmçinin 2017-ci ildən fəaliyyətə başlayan “ASAN Viza” sistemi vasitəsi ilə ölkəmizə gələn turistlərin elektron vizalar ilə təmin edildiyi diqqətə çatdırılıb.

14 mart 2017-ci il tarixində dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizmlərinin yaradılması sahəsində Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında imzalanmış Anlaşma Memorandumunun Azərbaycan – Fransa ikitərəfli əlaqələrində yeni sahə yaratdığını bildirən müəllif  “ASAN xidmət” təcrübəsinin öyrənilməsi məqsədilə Fransanın bir sıra rəsmi şəxslərinin Azərbaycana səfərləri barədə məlumat verib. Vurğulanıb ki,  2015-2017-ci illərdə Fransa Respublikasının Desentralizasiya və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi, hökumət üzvü Andre Vallini, Fransa Baş naziri yanında dövlət islahatları və sadələşdirmə üzrə dövlət katibi Jan-Vənsen Plase, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyətləri “ASAN xidmət” mərkəzləri ilə tanış olublar.

Eyni zamanda qeyd olunub ki, Dövlət Agentliyi beynəlxalq təşkilatlarla və Afrika ölkələri ilə əməkdaşlığı genişləndirir. 10 noyabr 2017-ci il tarixində İSESCO ilə imzalanmış Anlaşma Memorandumu yaxın gələcəkdə üzv ölkələrdə “ASAN xidmət” təcrübəsinin tətbiqinə imkan yaradır. 

Beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Dövlət Agentliyi Mərakeş, Belçika, Türkiyə, Amerika, Sinqapur və digər ölkələrdə dövlət xidmətləri sahəsində keçirilən konfrans və seminarlarda aktiv iştirak edib. 

Fəaliyyət göstərdiyi gündən bir sıra ölkələrin, o cümlədən Misir, Sudan, Əlcəzair, Uqanda, Cibuti, Ruanda, Seneqal, CAR-ın rəsmi şəxslərinin başçılığı ilə nümayəndə heyətləri “ASAN xidmət” təcrübəsinin öyrənilməsi məqsədilə  Azərbaycana səfər ediblər.

Məqaləyə keçid:  https://bit.ly/2NVkzPi 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio