USD - 1.7 EUR - 1.9292 RUB - 0.0255 TRY - 0.3157 DAHA ÇOX
SON DƏQİQƏ
Tanınmış futbol fristayleri Bakıya gələcək Fransa Prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərimizi davam etdirəcəyik” Şəhid hərbi qulluqçuların daha 423 vərəsəsinə birdəfəlik ödəmələr veriləcək Prezident İlham Əliyev: Səhiyyə sahəsindəki islahatlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, yüksək səviyyəli tibbi xidmət ala bilsinlər Ermənistanda baş leytenant xidmət yoldaşını güllələdi
Rusiya senatoru ATU-da qonaq oldu 

Azərbaycan Tibb Universitetinin rəhbərliyi Həştərxan Dövlət Tibb Universitetinin 100 illiyi münasibətilə keçiriləcək mərasimlərə dəvət alıb.

ASAN Radio ATU-ya istinadla məlumat verir ki, dəvəti Bakıda olan Rusiya Federasiya Şurasının üzvü, tibb elmləri namizədi, Həştərxan Vilayət Dumasının üzvü Aleksandr Başkin ATU rəhbərliyinə çatdırıb.  

ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşü zamanı senator A.Başkin bildirib ki, Həştərxan Dövlət Tibb Universieti vilayətin və ümumiyyətlə ölkənin ən qədim və nüfuzlu ali məktəblərindən biridir. Hazırda universitetdə 6000 tələbə təhsil alır ki, onların da 2 mini xarici ölkələrdən gələnlərdir. Həştərxan Dövlət Tibb Universitetinin 46 ölkədən tələbələri arasında Azərbaycandan gənclər də var. Dumanın səhiyyə və sosial inkişaf komitəsinin üzvü A.Başkin iki ali məktəb arasında əlaqələrin möhkəmlənməsinə ehtiyac olduğunu da vurğulayıb və ATU nümayəndə heyətini Həştərxana dəvət edib. A.Başkin Azərbaycan və Həştərxan vilayəti arasında xüsusi dostluq münasibətlərin mövcudluğunu önə çəkərək səhiyyə, həmçinin təhsil sahəsində də bu münasibətlərin gücləndirilməsinə ehtiyac oldujğunu bildirdi. 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli Həştərxan Dövlət Tibb Universitetinin 100 illiyi münasibətilə tədbirə dəvət üçün qonağa təşəkkürünü bildirdi. Rektor G.Gəraybəyli iki universitet arasında əlaqələrin sıxlaşdırılması məqsədilə əməkdaşlığa dair saziş imzalanmasını təklif etdi: “Azərbaycan Tibb Universitetinin Rusiyanın bir çox universitetləri ilə əlaqələri mövcuddur, bəzi ali məktəblərlə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalamışıq. ATU Həştərxan Dövlət Tibb Universiteti ilə sazişin imzalanması bir çox sahələrdə bigə fəaiyyət göstərməyə, birgə tədbirlər keçirməyə, həmçinin müəllim və  tələbə mübadiləsini reallaşdırmağa imkan verəcək”. 

Rektor Gəray Gəraybəyli hazırda ATU-da aparılan və planlaşdırılan islahatlar haqqında Rusiyadan gəlmiş nümayəndə heyətinə məlumat vrdi. Qeyd etdi ki, tədris proqramlarına ciddi dəyişikliklər edilir, elektron jurnala keçid hazırlanır: “ATU-nun klinikalarında Rusiya universitetlərindən olan tələbələr də praktika keçirlər. Bu klinikalarda tələbələrin praktiki bilgilərə sahib olması üçün hər cür şərait yaradılıb”. 

Tərəflər Azərbaycan və Həştərxan Tibb Universitetləri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə saziş hazırlanıb qəbul edilməsinə dair ilkin razılıq əldə etdilər. Görüşdə Rusiya nümayəndə heyətinin üzvü, Rusiya Federasiya Şurasının üzvü Sergey Laptev, Rusiyanın Azərbaycandakı səfirliyinin təmsilçisi, ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov, rektor müşaviri Zülfüqar Musabəyov iştirak edirdilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio