USD - 1.7 EUR - 1.9008 RUB - 0.0262 TRY - 0.2779 DAHA ÇOX
SON DƏQİQƏ
Növbəti üç gün üçün hava proqnozu açıqlanıb Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib  Sabahın hava proqnozu İlqar Muradov və Cavan Zeynallıya Xalq artisti adı verilib Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsuda Xalq yazıçısı adı verilib
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyindən ASAN Radioya verilən məlumata görə, Azərbaycan-NATO əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan Müdafiə naziri qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial mövqeyi regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

 

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

 

NATO-nun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov Alyansın bundan sonra da bu istiqamətdə səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

 

BMT Təhlükəsizlik Şurasının “Qadın, Sülh və Təhlükəsizik” üzrə 1325 saylı Qətnaməsinin müzakirəsi zamanı general-polkovnik Z.Həsənov ölkəmizin də bu sənəddən irəli gələn tələblərin yerinə yetirilməsində maraqlı olduğunu qeyd edərək Azərbaycan Ordusunda on mindən artıq qadın xidmət etdiyini diqqətə çatdırıb. General-polkovnik Z.Həsənov əlavə edib ki, yaxın zamanlarda Müdafiə nazirinin qadın hərbi qulluqçular və mülki işçilərin problemlərinin həlli üzrə referenti vəzifəsinin təsis edilməsi nəzərdə tutulur.

 

Azərbaycanın bu məsələdə mövqeyinin təqdirəlayiq olduğunu qeyd edən xanım R.Qotemöller ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğunu, terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına, o cümlədən sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirib və Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

 

Görüşdə Azərbaycanın NATO ilə “Sülh naminə tərəfdaşlıq” və digər proqramlar çərçivəsində əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio