USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Bu torpaqların tarixi toponimləri, tarixi abidələri, bizim milli irsimiz onu göstərir ki, bu torpaqlarda Azərbaycan xalqı əsrlər boyu yaşayıb.

ASAN Radio xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda bildirib.

“Bu gün bu torpaqlar işğal altındadır”, - deyən dövlətimizin başçısı bildirib ki, nəinki Dağlıq Qarabağ, onun ətrafında yerləşən yeddi rayon da Ermənistan tərəfindən işğal edilib. Bu torpaqlarda bütün infrastruktur dağıdılıb. Dağıdılmış şəhərlərimizin şəkilləri internetdə dərc edilir, bunu hər kəs görə bilər. Bizim bütün milli sərvətimiz, muzeylərimiz ermənilər tərəfindən talan edilib, tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb. Azərbaycan xalqına qarşı hərbi cinayət törədilib. Xocalı soyqırımı törədilib, bir gecə ərzində ermənilər 600-dən çox günahsız insanı, o cümlədən 100-dən çox qadını, 60-dan çox uşağı vəhşicəsinə qətlə yetiriblər. Bu gün 10-dan çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb və bu proses bundan sonra da gedəcəkdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!