USD - 1.7 EUR - 1.9292 RUB - 0.0255 TRY - 0.3157 DAHA ÇOX
SON DƏQİQƏ
Matç zamanı Belarusun himni yerinə “Nu pogodi”dən mahnı səsləndi Prezident İlham Əliyev Gülağa İslamovu ordenlə təltif edib BMT-nin qərargahında “Dağ yəhudiləri” kitabının təqdim olunması şərəfinə rəsmi qəbul Tanınmış futbol fristayleri Bakıya gələcək Fransa Prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərimizi davam etdirəcəyik”
İranda hərbi parad zamanı atışma- Ölü sayı artıb YENİLƏNİB

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı naməlum şəxslərin hərbçilərə atəş açması nəticəsində ölənlərin sayı 24-ə çatıb. AzVision.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.

***

İranın Əhvaz şəhərində hərbi parad zamanı azı 10 nəfərin ölümünə səbəb olan insidentlə bağlı məsuliyyəti "Əl-Əhvaziyə" separat qruplaşması öz üzərinə götürüb. Trend-in məlumatına görə, İran HQ-nın nümayəndəsi atəş açan bütün şəxslər artıq zərərsizləşdirilib.

***

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı naməlum şəxslərin hərbçilərə atəş açması nəticəsində ölənlərin sayı 10-a çatıb. 

AzVision.az xəbər verir ki, bu bardə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Xuzestan əyaləti qubernatorunun siyasi məsələlər üzrə müavini Əli Hüseyn Hüseynzadə bildirib ki, "Qorxaqcasına edilmiş terror hücumunda ölənlərdən biri jurnalistdir. 21 nəfər isə yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna edilmir." 

***

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən atışmada SEPAH-ın 8 əskərinin öldüyü bildirilir. Trend-in məlumatına görə, biri uşaq, biri qadın olmaqla 7 nəfərin isə yaralandığı qeyd edilir.

İran rəsmi KİV-ləri hadisəni terror aktı kimi təqdim edib.

***

İranın cənub-qərbində, Əhvaz şəhərində hərbi parad zamanı atışma olub.

 

Trend-in məlumatına görə, naməlum şəxslər hərbi konvoyu atəşə tutub.

 

İlkin məlumata görə, insident nəticəsində bir neçə əsgər ölüb, yaralılar da var.

 

Məlumata görə, naməlum şəxslər atəşi parad keçirilən əraziyə yaxın yerləşən parkdan açıblar. Ölən və yaralanan əsgərlərlə yanaşı, mülki şəxslərin də xəsarət aldıqları bildirilir.

 

Son məlumata görə, atəş açan şəxslərdən birinin zərərsizləşdirilib, digərilərinin isə hadisə yerindən qaçmağa müvəffəq olduqları qeyd edilir. Həmin şəxslərin axtarışları aparılır.

 

Yaralılar xəstəxanaya çatdırılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio