USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda Milli İnsan Resursları Forumu keçiriləcək

Artıq 4-cü dəfə təşkil olunacaq tədbir 3 paneldən ibarət olacaq, forumda 13 yerli və xarici spiker çıxış edəcək.

Avropa Azərbaycan Məktəbinin Badamdar filialında, 800 nəfərlik tədbir zalında baş tutacaq tədbirdə şirkət rəhbərləri, sahibkarlar, dövlət və özəl sektor nümayəndələri, insan resursları sahəsində çalışan peşəkarlar, təlimçilər, peşəkar məsləhətçilər, tədris mərkəzi işçiləri, bu sahə üzrə təhsil sistemi işçilərinin iştirakı gözlənilir. Bu il spikerlərin xüsusi seçilməsi sayəsində minimum 300 şirkətin foruma qatılacağı gözlənilir.

Builki forumun şüarının “Orta yol” olaraq müəyyənləşdirdiklərini bildirən MİRF-in həmtəsisçisi və layihənin rəhbəri Cabir Süleymanlı bu seçimi belə izah edir:

- “Dünyamız hər gün texnologiyaya daha çox aludə olur, dijitallaşır və İnsan Resursları (İR) sahəsi də bundan geri qalmır. İR sahəsində də avtomatlaşdırma (ERP proqramlar və s.) və dijital aləmdə mövcudluq (Linkedin, digər sosial şəbəkələr və s.) önəmli rol oynayır. Avtomatlaşdırma nə qədər də şirkətin əməkhaqqı yükünü azaltsa və biznes proseslərini asanlaşdırsa da, insan faktorunu gözardı edə bilmərik. Bir sosial faktor kimi insan həmişə mövcuddur və bu yönü ilə həm də şirkətlərdə Korporativ Sosial Məsuliyyət (CSR) tərəfini əks etdirməkdədir. Bu baxımdan dijitallaşan və avtomatlaşan iş dünyasında və eləcə də İR-da bir "Orta yol" olmalıdır. Biz də vurğumuzu buna etmək, builki çox dəyərli yerli və xarici spikerlərimizlə bunu müzakirəyə çıxarmaq istəyirik”.

Qeyd edək ki, 20 oktyabr tarixində günboyu (09:00-18:00) davam edəcək forumun biletləri artıq satışdadır. Biletləri tədbirin www.azmirf.com internet saytında qeydiyyatdan keçərək, iTicket bilet satış portalı üzərindən online olaraq, MİRF facebook səhifəsinə yazaraq və ya +994 50 254 56 86 nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!