23/10/2018 09:39

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9570 0.0259 0.3012


Dövlət xidmətləri

Xarici nümayəndə heyəti "ASAN xidmət"də


24.09.2018   18:45


2018-ci il 21 sentyabr tarixində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Açıq, şəffaf və səmərəli dövlət xidmətlərinin göstərilməsi üçün vahid pəncərə modeli” adlı seminarın iştirakçısı olan Belarus, Gürcüstan, moldova və Ukraynanın bir qrup nümayəndə heyəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqlara “ASAN xidmət ” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, səffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət” in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 24 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar  ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.




Xəbər lenti

23 Oktyabr
22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook