USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı İslam Universitetinin tələbələri hara köçürüləcək? - Açıqlama

Bakı İslam Universitetinin I kurs tələbələri Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universitetinin boş qalan plan yerlərinə köçürüləcək.

Bu barədə AzVision.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib.

DİM rəsmisi bildirib ki, ötən gündən başlayaraq tələbələrlə görüşlər keçirilir: “Bakı İslam Universitetində “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə qəbul aparılırdı. Təklif olunan ali təhsil müəssisələrində isə bu ixtisaslar yoxdur. Tələbələrin ballarına uyğun boş qalan ixtisaslar üzrə yerləşdirilmə həyata keçiriləcək. Yerləşdirmə bitdikdən sonra tələbələr təhsil alacaqları ixtisaslar üzrə təhsil haqqını ödəyəcəklər. Yəni, onlar Bakı İslam Universitetinə ödənilən ödənişi geri götürüb, yenidən oxuyacaqları ixtisas üzrə təhsil haqqı verəcəklər”.

X.Xanlarzadə tələbələrlə görüşün və onların yerləşdirilməsinin bu gün başa çatacağını bildirib. 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi təsisçisi olduğu Bakı İslam Universitetinə qəbulun dayandırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, Universitetin I kurs tələbələri digər ali təhsil müəssisələrinə köçürülür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!