USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Əsas məqsədimiz odur ki, neft qiymətlərindən asılı olmayaq”

“Bu gün ölkəmizin həyatında çox əlamətdar gündür”.

Bunu bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.  

Dövlət başçısı bildirib ki, Beynəlxalq Neft və Qaz Sərgisinin inkişafı Azərbaycanın həyatında mühüm rol oynayır: “Müstəqilliyimizin ilk illəri ağır keçirdi, torpaqlarımız işğal olunmuşdu, vətəndaş müharibəsi başlamışdı. O dövrlərdə keçirilən 1-ci Beynəlxalq Neft və Qaz Sərgisi Azərbaycanın müasir inkişaf yolunu seçdi. İnvestisiya üçün əl əlverişli sahə neft və qaz sektoru idi”.

Azərbaycanın neft və qaz sektorunun inkişafından danışan prezident bildirib ki, BP və SOCAR  22 ildir, etibarlı tərəfdaş kimi işləyir: “Bu illər ərzində SOCAR da beynəlxalq enerji şirkətinə çevrilib, çünki Azərbaycanda böyük layihələr reallaşdırılıb. İndi SOCAR xarici ölkələrə milyardlarla dollar investisiya qoyur. Xaricə qoyulan investisiya o ölkələrlə bütün sahələrdə əlaqələrə təsir göstərir”.

Dövlət başçısı Azərbaycanın şərəfli yol keçdiyini vurğulayıb: “İndiyə qədər planlaşdırılmış bir layihə də icrasız qalmayıb. Onu da deyim ki, regionda sabitlik olmadan bu layihələri icra etmək mümkün deyildi. İnvestorlar bizə inandılar və milyardlarla dollar investisiya qoydular. Biz də bu sahəyə qoyulan vəsait hesabına qeyri-neft sektorunu inkişaf etdirdik. Bu gün neft sektorunun çəkisi 30 faizdir, əsas gəlirlər qeyri-neft sektoru hesabına formalaşır. Əsas məqsədimiz odur ki, neft qiymətlərindən asılı olmayaq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!