USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Paytaxtda yeddi piyada keçidi inşa olunacaq

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində bir neçə yerdə yerüstü piyada keçidləri inşa olunacaq.

ASC-dən verilən məlumata görə, sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olacaq. Keçidlər nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa ediləcək. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

İlkin olaraq 7 bu cür yerdə keçidlərin inşa olunması üçün hazırlıq işləri görülür. Bu aşağıdakı ərazilərdir:

 - Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i (Xırdalan qəbiristanlığının yaxınlığı);

 - 27 və 27,8-ci km-i (Ceyranbatan qəsəbəsi);

 - Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Sulutəpə qəsəbəsi)

- Qala-Pirallahı avtomobil yolunun 3,5-ci km-i;

 - Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsi;

 - Həsən Əliyev küçəsinin İqtisad Universitetinin korpusunun qarşısındakı ərazisi.

Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq yerüstü piyada keçidləri 2 aşırımlı (orta dayaqlı), dəmir-beton konstruksiyalı və üstü bağlı olacaq. Keçidlər fiziki qüsurlu insanların hərəkəti üçün liftlərlə təmin olunacaq.

Xırdalan qəbiristanlığı yaxınlığında, Sulutəpə qəsəbəsində və Qala-Pirallahı avtomobil yolunda inşa olunacaq keçidlər isə 1 aşırımlı (orta dayaqsız), metal konstruksiyalı və üstü açıq olacaq. Fiziki qüsurlu insanların hərəkəti üçün bu keçidlər panduslarla təchiz olunacaqlar.

Sabunçu körpüsündən Zabrat qəsəbəsinə doğru düşərkən və Həsən Əliyev küçəsində tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri də metal konstruksiyalı olacaq. Keçidlər 2 aşırımlı (orta dayaqlı) və üstü bağlı olacaq. Burda isə fiziki qüsurlu insanların hərəkəti üçün xüsusi platformalar (elevator) quraşdırılacaq.

Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!