USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın “Аsan İmza” və Rəqəmsal Ticarət Qovşağı Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilib

23 sentyabr tarixində AZİNNEX konsorsiumu çərçivəsində Uqanda Respublikasının İctimai İnkişaf naziri cənab Uilson Muruli Mukasa başda olmaqla nümayəndə heyəti yüksək səviyyədə qarşılanaraq Azərbaycanın “Asan İmza” mobil elektron imza və Rəqəmsal Ticarət Qovşağı ilə tanış olmuş, bu layihələrin məqsədi və fəaliyyəti haqqında ətraflı məlumat alıblar. Uqanda nümayəndə heyəti eyni zamanda “Neuron Technologies» və “SİNAM” kimi şirkətlərin fəaliyyəti ilə də tanış olmaq imkanı əldə edə bilib.

“B.EST Solutions” şirkətinin nümayəndələri “Asan İmza” mobil elektron imza və Rəqəmsal Ticarət Qovşağı haqqında qonaqlara geniş məlumat vermişdilər. Qeyd olunub ki, hal-hazırda “Asan İmza” mobil elektron imza Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət-özəl əməkdaşlığı prinsipinə əsaslanaraq hazırlanan azexport.az portalı da daxil olmaqla, müxtəlif dövlət və özəl qurumların elektron xidmətlərinə inteqrasiya edilib. 

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı 2017-ci ildə cənab Prezidentin sərəncamı ilə başlanan layihədir. Layihənin əsas məqsədi ölkənin lider mövqeyini istər Qafqaz regionunda, istərsə də onun hüdudlarında möhkəmləndirməkdən ibarətdir. Qeyd olunan layihə xarici və yerli müəssisələrə idxal və ixracla bağlı sənədləri, eləcə də müqavilələri elektron şəkildə yaratmağa və imzalamağa, həmçinin yerli və transsərhəd elektron xidmətlərə və elektron ticarətə əlyetərlilik imkanı təqdim edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!