23/10/2018 10:12

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9474 0.0260 0.2991


Dövlət xidmətləri

Belarus rəsmisi: Biz də “ASAN” kimi tez bir zamanda bütün sərhədləri aşacağıq - Müsahibə


27.09.2018   18:08


Belarus Respublikasının Beynəlxalq Elektron Xidmətlər mərkəzinin direktoru İlyin Andrey Anatoliyeviç ASAN Radionun fəaliyyəti ilə tanış olub.

Belaruslu qonaq ASAN Radionun direktoru Emin Musaviyə eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:

- Azərbaycana və “ASAN Xidmət”ə xoş gəlmişsiniz. Bu sizin bizim ölkəyə ilk səfərinizdir? Təəssüratlarınızı öyrənmək istərdim.

- Bəli, mən həqiqətən də ilk dəfədir ki, buradayam, sizdən çox məmnun qaldım.

- Düzdür, məmnun olmağınız həqiqətən də bizim üçün  gözəl ifadədir, lakin mən sizin ilkin təəssüratlarınızı və təkliflərinizi öytənmək istərdim.

- Böyük ehtimal ki, ölkə barədə uzun danışmayacam, bura möhtəşəm ölkədir, möhtəşəm xalqı var. Biz bura gələndə təbii olaraq, Azərbaycan Respublikasının elektron xidmətlər departamentinin fəaliyyəti ilə maraqlandıq və siz bizi təəccübləndirməyi bacardınız. Bu bizim xarici ölkələrə ilk səfərimiz deyil, biz ölkələrdəki mövcud təcrübə ilə yaxından tanış oluruq və bu təcrübəni öz sahəmizdə də həyata keçirməyə çalışırıq. Sizin bu addımınız həqiqətən də bizi sevindirir. İstənilən ölkədə fəaliyyət göstərən elektron xidmət mərkəzlərinin başlıca hədəfi də məhz elə beynəlxalq miqyasda ölkələrarası qarşılıqlı əlaqələrin inkişafına təkan verməkdir. Mənə elə gəlir ki, siz şübhəsiz, doğru yoldasınız və nailiyyətləriniz də göz önündədir. Bu da təbii olaraq, insanlarda etimad və böyük rəğbət hissi yaradır. Biz də bunu öz fəaliyyətimizdə nəzərə alacayıq. 

- Dövlətlər Belarusun ixtisaslaşmış xidmət sahələrindən hansı dəstək xidməti alır?

- Biz hal-hazırda original bir mərhələdə fəaliyyətdəyik və bizim xidmət sahəmizdə gücləndirilmiş daxili infrastruktur mövcuddur. Yaxın gələcəkdə də əsas hədəfimiz fəaliyyətimizin hüquq sahəsində daha da inkişaf etdirilməsidir. Biz bir az başqa istiqamətdə hərəkət edəcəyik, İqtisadi effektivliyin əldə olunması istiqamətində mübarizə aparacaq və Belarusiyanın poçt xidməti ilə qarşılıqlı əlaqələrimizi gücləndirəcəyik. Mən ümid edirəm ki, bu qarşılıqlı əməkdaşlıq baş tutacaqdır. Düşünürəm ki, biz də “ASAN” kimi tez bir zamanda bütün sərhədləri aşacağıq və bu səviyyədə də Belarusiyaya xidmət göstərə biləcəyik. 

- Radiostansiyanın əməkdaşı kimi, mənə sizin 100 FM dalğasında yayımlanan “ASAN Radio” haqqında fikirlərinizi eşitmək maraqlı olardı və sizin media ilə oxşarlığı varmı?

- Biz Belarus mediası ilə əməkdaşlıq edirik, təbii olaraq bizim istər radiolarımızda, istər televiziyalarımızda, istərsə də qəzetlərimizdə informasiya olduqca sürətlə yayılır. Lakin sizin də təcrübəniz olduqca qənaətbəxşdir.

- Təşəkkür edirəm. Əlavəniz varsa buyurun. 

- Mən düşünürəm ki, ancaq bir məqamı vurğulamaq lazımdır: ölkələrimizin əlverişli şəraitinin təminatı üçün elektron xidmət mərkəzlərinin tapşırıqlarını yerinə yetirməklə qarşılıqlı əməkdaşlıq etmək və nəticədə xalqımızın rahat şəkildə bir-biri ilə əlaqəsinə imkan yaratmaqdır. 

- Bir daha sizə təşəkkür edirəm. Uğurlar arzulayıram. 

- Təşəkkür edirəm. 

Müsahibədən bir hissəni buradan dinləyə bilərsiniz:




Xəbər lenti

23 Oktyabr
22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook