USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATƏT MQ-in həmsədrləri Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları fəallaşdırmağa çağırıb.

 

Trend-in məlumatına görə, bu barədə Minsk Qrupunun Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən görüşlərinə dair yaydığı bəyanatda qeyd olunur.

 

Bəyanatda qeyd olunur: "ATƏT-in Minsk Qrupunun həmsədrləri (İgor Popov - Rusiya, Sefan Viskonti - Fransa, Endrü Şefer - ABŞ) 25-27 sentyabr müddətində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanla BMT Baş Assambleyası meydanlarında ayrı-ayrılıqda və birgə görüşlər keçiriblər.

 

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqları davam etdiriblər.

 

Həmsədrlər və nazirlər regionda vəziyyəti müzakirə ediblər və narahatlıq doğuran bir neçə insident və bəyanatlar barəsində izahat üçün müraciət ediblər. Həmsədrlər davam edən və lazımsız adamların həlak olması ilə bağlı dərin təəssüf hissi bildiriblər. Onlar eskalasiyanın təhlükələri barədə nazirlərə xəbərdarlıq ediblər, tərəfləri müsbət ab-havanın formalaşmasında konstruktiv iştirak etməyə və vəziyyəti gərginləşdirə biləcək ritorikadan qaçmağa çağırıblar. Həmsədrlər vurğulayıblar ki, hərtərəfli həll bütün tərəflərdən güzəştlər tələb edəcək.

 

Bu kontekstdə nazirlər danışıqlar prosesinin fəallaşması üçün tədbirlərin görülməsinin və gərginliyi azaltmaq üçün əlavə tədbirlərin görülməsinin vacibliyini təsdiqləyiblər. Nazirlər ilin sonunadək bir daha görüşmək barədə razılığa gəliblər.

 

Həmsədrlər yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırlar, sonra isə danışıqların gedişi barədə ATƏT-in Minsk Qrupu və Daimi Şuranı məlumatlandıracaqlar".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!