USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Özbəkistanın “Dunyo Boylab” telekanalında “Alovlar yurdu – Azərbaycan” adlı veriliş yayımlanıb

Özbəkistanın “Dunyo Boylab” telekanalında “Alovlar yurdu – Azərbaycan” adlı veriliş yayımlanıb. Özbəkistanın tanınmış televiziya jurnalisti Elmira Tuxvatullinanın hazırladığı ikinci veriliş Azərbaycanın paytaxtı Bakı şəhərinə həsr olunub.

Verilişdə Bakının gözəlliyi, tarixi, müasirləşməsinə və inkişafına baxmayaraq, öz keçmişini qoruyub saxlaması, şəhərin füsunkar görünüşü, qədim İçərişəhər, paytaxtın mərkəzində yerləşən və göz oxşayan qədim binalar haqqında məlumat verilir və deyilir ki, şəhəri gəzərkən, insan özünü nağıllar dünyasında hiss edir.

Veriliş boyu Azərbaycan xalq musiqilərinin səsləndiyi proqramda ölkənin vizit kartı olan İçərişəhərin 2000-ci ildə UNESCO-un ümumdünya irsi siyahısına daxil edildiyi qeyd olunur.

Proqramda Azərbaycanın və SSRİ-nin Xalq artisti, dünya şöhrətli müğənni Rəşid Behbudovun yaradıcılığından danışılıb, onun ifasında Bakı haqqında mahnı səsləndirilib, şəhərin mədəni simasının çox zəngin olduğu, mərkəzi küçələrdə bir-birinə yaxın yerləşən mədəniyyət abidələri haqqında məlumat verilir.

Verilişdə Bakının Dənizkənarı bulvarı, Venesiya şəhərciyi, gözəl parkları, küçələri, Fəvvarələr meydanı, məşhur Nizami küçəsi, qədimlik və müasirliyin sintezi olan Alov qüllələri və şəhərə gələn çoxsaylı xarici turistlər barədə söhbət açılır.

Müəllif qeyd edir ki, paytaxtın mərkəzində Şərq üslubunda tikilən Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi şəhərə və onun memarlığına xüsusi rəng qatır. Azərbaycanın tanınmış ədəbiyyat xadimlərinin antik üslubda heykəllərinin ucaldığı muzey binası öz əzəməti ilə şəhərə gələn çoxsaylı turistləri cəlb edir.

Verilişdə Bakı gecələri Neapol gecələrinə bənzədilir, Şərqin mirvarisi, amfiteatr formasında olan və Xəzərə qucaq açan şəhərin öz gözəlliyi ilə fəxr etdiyi qeyd olunur.

Qeyd edək ki, veriliş Azərbaycan Mədəniyyət Nazirliyinin, ölkəmizin Özbəkistandakı səfirliyinin dəstəyi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ilin iyun ayında Azərbaycana təşkil olunmuş mediatur zamanı hazırlanıb və səfərlə bağlı Özbəkistanın KİV-də və televiziya kanallarında ölkəmizə dair silsilə verilişlər, məqalələrin çapı davam edir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!