USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Misirin ETC televiziya kanalında Azərbaycanın turizm potensialından bəhs edilib

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev Misirin nüfuzlu ETC telekanalının “Visa” proqramına geniş müsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibəsində Azərbaycan-Misir əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini vurğulayan səfir son illər ərzində ölkələrimiz arasında turizm sahəsində də əməkdaşlığın genişləndirildiyini deyib, cari ilin noyabr ayından etibarən Bakı-Şarm əl-Şeyx şəhərləri arasında birbaşa çarter reysinin açılacağını bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələrək, bu istiqamətdə aparılan islahatların son illər daha da intensiv xarakter daşıdığını qeyd edən diplomat bunun nəticəsi olaraq, Azərbaycanın dünyada turizm ölkəsi kimi tanındığını, 2017-ci ilin statistikasına görə ölkəmizə gələn turistlərin sayının üç milyona yaxın olduğunu qeyd edib.

T.Rzayev turizm sənayesinin inkişaf etdirilməsinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. Dövlətimizin başçısının müvafiq sərəncamlarından sonra Azərbaycanın bir çox ölkələrlə viza prosedurunu asanlaşdırdığını, Azərbaycana gələn qonaqların ölkəmizin beynəlxalq hava limanlarında, habelə diplomatik nümayəndəliklərdə çox asanlıqla viza ala bildiklərini diqqətə çatdırıb.

Azərbaycanın yay və qış turizm potensialına toxunan səfir ölkəmizdə dəniz turizminin inkişafı, sağlamlıq turizminin növləri barədə də danışıb.

“Visa” proqramında Azərbaycanın füsunkar təbiətini, turizm infrastrukturunu əks etdirən videoçarxlar da nümayiş etdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!