USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiq göstərməyə çağırır

Azərbaycan dünya ictimaiyyətini BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Ermənistana təzyiq göstərməyə çağırır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının müzakirələrində çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn təmin olunması məqsədilə Ermənistana təzyiq göstərməyə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dərhal və şərtsiz yerinə yetirməyə çağırır:

"Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, erməni xalqına iqtisadi cəhətdən inkişaf etmiş və firavan bir dövlət qurmaq vədləri sülh, qonşuluq münasibətləri və qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən mümkün deyil".

Bununla yanaşı, nazir BMT tribunasından Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, ölkə əhalisinin 1 milyondan çoxunun qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladaraq beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin dərhal yerinə yetirilməsinə nail olmaq üçün İrəvana təzyiq göstərməyə çağırıb:

"Əgər Ermənistanın yeni rəhbərliyi özünü demokrat adlandırırsa, onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun hərəkət etməlidirlər və doğma yurd-yuvalarından didərgin düşmüş insanlara öz vətənlərinə qayıtması üçün şərait yaratmalı və silahlı qüvvələrini BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların müvafiq qətnamələrində tələb olunduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxartmalıdırlar".

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan hesab edir ki, sülh, sabitlik və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və münaqişənin tezliklə siyasi həllində ən maraqlı tərəfdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!