USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
XİN: Bakının namizəd olduğu “Ekspo-2025” Sərgisinin mövzusu beynəlxalq inkişaf gündəliyinə tam uyğun gəlir

Bakının namizəd olduğu “Ekspo-2025” Sərgisinin mövzusu beynəlxalq inkişaf gündəliyinə tam uyğun gəlir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirəsində çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, iqtisadi inkişafı, müvəffəqiyyətli sosial siyasəti, zəngin insan kapitalı və multikulturalizmin ənənəvi dəyərləri ilə əldə olunmuş nailiyyətlərindən ilhamlanaraq, Azərbaycan paytaxtı Bakı şəhərində “Ekspo-2025” Ümumdünya Sərgisinin keçirilməsini təklif etmək qərarına gəldi: "Bizim mövzumuz "İnsan kapitalının inkişafı, daha yaxşı gələcək qurmaq"dır – bu, universal narahatlıq doğuran bir məsələdir və Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu, həm də beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinə tam uyğun gəlir".

Nazir qeyd edib ki, Şərqi Avropa, Qafqaz və Xəzərin bütün regionu heç vaxt “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyib: "Bu baxımdan “Ekspo-2025” Ümumdünya Sərgisi Bakı öz ənənəvi coğrafiyasını genişləndirmək baxımından həqiqətən universal olacaq və tarix baxımından qısa müddəti əhatə edən 27 illik müstəqilliyi dövründə Azərbaycan kimi ölkələrin “Ekspo-2025” Ümumdünya Sərgisi kimi böyük tədbirlərə müraciət etməklə əlamətdar nəticə əldə edə bilməsinə canlı nümunə olacaq. Bu fürsətdən istifadə edərək bu ilin noyabr ayında Parisdə keçiriləcək seçkilərdə Beynəlxalq Sərgilər Bürosunun üzv dövlətlərindən Bakıya səs vermələrini xahiş edirəm".

Nazir vurğulayıb ki, dayanıqlı iqtisadi artım Azərbaycana yalnız milli inkişaf strategiyasına diqqət yetirməyə deyil, həm də beynəlxalq inkişaf səylərini aktiv şəkildə dəstəkləməyə imkan verib: "Azərbaycan Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə bir sıra ölkələrə beynəlxalq humanitar və inkişafa yardım göstərib. Xüsusilə inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin, eləcə də təbii fəlakətdən xilas olanların ehtiyaclarının ödənilməsinə xüsusi diqqət ayrılıb".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!