USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Paytaxta gətirilən 400 kiloqram ətin at əti olduğu aşkar olunub

Paytaxta gətirilən 400 kiloqram ətin at əti olduğu aşkar olunub.

2018-ci il sentyabrın 26-da saat 08:00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olmuş məlumat əsasında BDYPİ YPXA-nın Qaradağ rayonu ərazisində yerləşən postunda 1969-cu il təvəllüdlü, Biləsuvar rayon Xirmandalı kənd sakini Əli İxtiyar oğlu Quliyevin idarə etdiyi “Mercedes Benz” markalı 10-DA-091 dövlət qeydiyyat nişanlı avtomobilə Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə baxış keçirilib.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən ASAN Radioya verilən məlumata görə, baxış zamanı avtomobilin arxa yük saxlanc yerində təxmini çəkisi 400 kiloqrama yaxın, yük kisələrində antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, orqanoleptik cəhətdən normativlərə cavab verməyən, rəngi qaralmış, kəskin qoxusu olan, üzərində yapışqan selik əmələ gəlmiş sümüksüz ət aşkar olunaraq aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün götürülüb.

Aşkar edilən ətdən baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq nümunələr götürülərək müayinə məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyasına təqdim edilib.

Sınaq nümunələrinin nəticələrinə əsasən müsadirə edilən ətin at əti olması məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!