USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nəsimi Festivalı çərçivəsində Vaşinqtonla telekörpü 

Sentyabrın 29-da həmçinin Daş Salnamə Muzeyində dünya şöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin (Jeremy Rifkin) “Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi keçirilib. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq 27-30 sentyabr tarixlərində baş tutub.

Trend-in məlumatına görə, mühazirənin keçirilməsi üçün Vaşinqtonla telekörpü təşkil olunmuşdu.

C.Rifkin bildirib ki, bəşəriyyət üçüncü sənaye inqilabının ərəfəsindədir və bu, ekoloji təmiz elektrik, 3D printerlər və internet sayəsində mümkün olacaq. O hesab edir ki, bəşəriyyət özünü yenidən dərk etməli və empatiya bunda əsas rol oynayır:

“Biz insan irqini böyük bir ailə kimi qavramalıyıq və milli eyniləşdirmə barədə təsəvvürlərimizi genişləndirməliyik. Eyni zamanda, biz milli mənsubiyyətimizi və ya dini əlaqələrimizi itirmirik”.

Mühazirəçinin sözlərinə görə, real iqtisadiyyat fotosintezdir. Günəş Yerə gün işığı verir, bitkilər fotosintez prosesini təmin edir və bu planetdə qalan hər şey bu özül sayəsində baş verən proseslərdir

“Biz sayımız 7 milyarda çatan insanlarıq və eyni zamanda planetin biokütləsinin bir faizindən azını təşkil edirik. Buna baxmayaraq, biz Yerdəki fotosintez proseslərinin 24 faizini istifadə edirik. Biz əjdahaya çevrilmişik. Yaxın 30 il ərzində biz yeddi milyard əvəzinə doqquz milyard olacağıq. Bu, çox rasional deyil. Biz ya getməliyik, ya da dəyişməliyik”.

Mühazirə “sual-cavab” sessiyası ilə başa çatıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!