USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan manatı MDB-nin ən sabit valyutası seçilib

Bu ilin yanvar-sentyabr aylarında ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi demək olar, dəyişməyib. Bu, MDB ölkələri ərazisində ən yaxşı göstəricidir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu "BelaPAN" tərəfindən 2017-ci il dekabrın 31-dən 2018-ci il sentyabrın 30-dək aparılan mərkəzi bankların rəsmi məzənnələrinin müqayisəli təhlili göstərir.

Milli valyutanın dollar qarşısında ucuzlaşması baxımından Rusiya hamını qabaqlayır - 13,87% (57,6002 rubldan 65,5906 rubla qədər). İkinci sırada Qazaxıstan (9,25%) qərarlaşıb - 332,33 təngədən 363,07 təngəyə qədər.

Dolların kursu Türkmənistanda dəyişməyib (3,50 manat), Azərbaycanda 0,01% (1,7001 manatdan 1,7 manata qədər), Ermənistanda 0,29% (484,10 dramdan 482,71 drama qədər), Özbəkistanda 0,50% (8120,07 sumdan 8079,28 suma qədər) və Moldovada 1,38% (17,1002 leydən 16,8637 leyə qədər) aşağı düşüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!