USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Kənddən şəhərə" layihəsi ilə bağlı paytaxtda mağaza və yarmarkaların açılışı planlaşdırılır

Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Aqrar Ticarət Şirkəti ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Nazirlikdən ASAN radioya verilən məlumata görə, memorandumun imzalanmasında məqsəd Dövlət Aqrar Ticarət Şirkətinin layihəsi olan "Kənddən şəhərə" şəbəkələrində assosiasiyanın üzvü olan fermerlərin məhsullarının satışını həyata keçirmək və birgə maarifləndirmə işlərinin reallaşdırılmasıdır.

Tədbirdə çıxış edən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov bu əməkdaşlığın tərəflər arasında böyük əhəmiyyətə malik olacağını vurğulayıb.

O qeyd edib ki, sözügedən şirkətlə əlaqələrin qurulması nəticəsində fermerlər öz məhsullarını rahat şəkildə şəhər bazarlarına çıxara biləcəklər, onlar üçün bu sahədə lazımi şərait yaradılacaq.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova rəhbərlik etdiyi şirkətlə bağlı məlumat verib. O bildirib ki, şirkət yeni yaradılmasına baxmayaraq, kənd təsərrüfatı sahəsində ixtisaslaşan bir sıra qurumlar və fermerlərlə əməkdaşlığa başlayıb. 

Onun sözlərinə görə, bəzən fermerlərin öz məhsullarının satışı ilə bağlı problemlər olur: “Qarşıya çıxan problemləri fermerlərlə və eləcə də assosiasiya ilə birgə həll etməyə çalışacağıq”. Bundan başqa, assosiasiya ilə əməkdaşlıq memorandumunun imzalanması birgə maarifləndirici tədbirlərin təşkilində də müsbət rol oynayacaq. 

L. Məmmədova bildirib ki, gələcəkdə xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsi və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur. O, həmçinin vurğulayıb ki, rəhbərlik etdiyi şirkətdə fermerlərlə iş şöbəsi yaradılıb. 

Tədbirdə qeyd olunub ki, bu ay "Kənddən şəhərə" layihəsi ilə bağlı paytaxtda mağaza və yarmarkaların açılışı planlaşdırılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!