USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Azərişıq” ötən ay “ASAN xidmət” vasitəsilə 24 minə yaxın müraciət qəbul edib

 “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsilə abonentlərə göstərdiyi xidmətlərə qurumun elektron xəritəsinin inteqrasiya edilməsi sentyabr ayında edilən müraciətlərin sayının nəzərə çarpacaq dərəcədə artmasına səbəb olub. 

Bunu “Report”a “Azərişığ”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. 

Onun sözlərinə görə, elektron xəritə vasitəsilə əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması prosesini daha da asanlaşıb: “İndi “ASAN kommunal” və “ASAN xidmət” mərkəzinə müraciət daxil olan kimi əraziyə getmədən, yerindəcə elektron xəritədə dərhal evin, yaxud obyektin məkanı, ona ən yaxın məsafədəki güc mənbəyi müəyyənləşdirilir və qoşulma haqqı ödənilməklə sənədləşdirmə işi daha tez formada həyata keçirilir. Bu səbəbdəndir ki, "Azərişığ“ın göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 282 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4 084 vətəndaş müraciət edib. İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti üçün 331 sahibkar “ASAN xidmət” mərkəzlərinə üz tutub. Nəticədə sentyabr ayında digər 10 xidmət də daxil olmaqla 13 xidmət üzrə “Azərişığ”a“ASAN xidmət” mərkəzləri vasitəsi ilə 24 minə yaxın müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla müraciətlərin əksəriyyəti icra edilib”, - T.Mustafayev qeyd edib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!