Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin etimadnaməsini qəbul edib.
Səfir Milan Ekert fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir Milan Ekert etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin səviyyəsindən və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə edib, eyni zamanda, əlaqələrimizin Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığı baxımından da önəmini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, iki ölkə həyata keçirilən əməkdaşlığın digər sahələrdə də yaxşı nəticə verməsində maraqlıdır və dövlət başçısı buna nail olunacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev bu baxımdan parlamentlərarası, hökumətlərarası, biznes icmaları arasında əlaqələrin və qarşılıqlı səfərlərin bu işə yaxşı töhfə verə biləcəyini vurğulayıb. Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
Fövqəladə və səlahiyyətli səfir Milan Ekert ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib, bu il həm Azərbaycanda, həm də Çexiyada respublika yaranmasının 100 illiyinin qeyd edilməsinin əlamətdar hadisə olduğunu deyib. Səfir vurğulayıb ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən 25 il ərzində ikitərəfli münasibətlərimizin inkişafında böyük nəticələr əldə edilib. Milan Ekert səfirlik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!