USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“AvropadASAN” radio proqramı ilin son buraxılışında hədiyyələr verəcək

ASAN Radio 100 FM-də yayımlanan “AvropadASAN: ADA Universitetinin bələdçiliyi ilə” proqramı ilin sonunda dinləyiciləri mükafatlandıracaq. Dekabrda efirə gedəcək buraxılışda proqramın may ayından başlanan ikinci mövsümünün məzmunu barədə suallara düzgün cavab verənlər hədiyyələr qazanacaqlar. 

Qeyd edək ki, hər çərşənbə günü saat 19:05-də yayımlanan proqramın bütün buraxılışlarını mixcloud.com/AvropadASAN linkinə daxil olmaqla dinləmək olar.

Media layihəsinin həmtəsisçiləri - ADA Universiteti və Avropa İttifaqının Bakıdakı nümayəndəliyi qaliblərə müvafiq olaraq ADA Universitetinin növbəti Avropa İttifaqı üzrə Yay Məktəbinə təqaüd və ləziz italyan mətbəxi restoranı “Scallini”dən hədiyyə kartı təqdim edəcəklər. Əsas mükafat isə ASAN Radiodan aviabilet olacaq- Avropa İttifaqının üzv dövləti Bolqarıstanın yunan, roma, osmanlı, slavyan, şərq və qərb irsini birləşdirən iki min il tarixli paytaxtı Sofiya şəhərinə səyahət!

“Azərbaycanın da bir hissəsi olduğu Avropa bölgəsi, xüsusilə də Avropa İttifaqı və onun üzv dövlətlərini əyləncəli formatda tanıdan AvropadASAN az bir zamanda ASAN Radio dinləyicilərinin sevimli proqramına çevrilib. ADA Universitetinin təqdimatında bu veriliş Azərbaycan-Avropa münasibətləri, birgə tarixi və mədəni irs, strateji əməkdaşlığımız və bu tərəfdaşlığın, xüsusilə, gənclərə açdığı imkanlardan bəhs edir” - deyən, ASAN Radionun direktoru Emin Musavi onu da əlavə edib ki,  sosial media səhifələrinə gələn dinləyici şərhləri, bu proqramın, tək 100 FM dalğasında deyil, ölkənin radio məkanında keyfiyyətcə fərqli bir media məhsulu kimi qəbul olunduğunu göstərir: “Bu il radio proqram Brüssel tərəfindən Şərq Tərəfdaşlığı ərazisində nümunəvi kommunikasiya layihəsi kimi də qeyd olunub. Müasir informasiya mühitində medianın məlumatlandırma qədər maarifləndirici rolu da əhəmiyyətlidir. Dünyanın ən qədim və maraqlı qitələrindən biri haqda öyrənmək üçün hamını “AvropadASAN: ADA Universitetinin bələdçiliyi ilə” proqramını dinləməyə və ilin sonu hədiyyələr qazanmağa dəvət edirik.”

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!