USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Neftçi"nin 8 futbolçusu Azərbaycan Premyer Liqasında VI turun rəmzi komandasına düşüb

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun rəmzi komandası müəyyənləşib.

Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsində yer alan məlumata görə, rəmzi komandada "Neftçi"dən 8, "Qarabağ", "Sabah" və "Qəbələ"dən hərəyə bir futbolçu yer alıb.

"Neftçi"nin üzvlərindən Anton Krivotsyuk 4-cü, Səlahət Ağayev və Mirabdulla Abbasov 3-cü dəfə həftənin komandasına seçilib. Flaqmanın daha bir futbolçusu Tural Axundov, eləcə də "Qəbələ"dən Cavid Hüseynov və "Sumqayıt"dan Atilla Yıldırım ilk dəfə rəmzi komandada yer alıb. Digər oyunçular isə "11-liy"ə 2-ci dəfə düşüblər. 

Qapıçı: Səlahət Ağayev ("Neftçi")

Müdafiəçilər: Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk, Kirilo Petrov, Tural Axundov (hamısı "Neftçi")

Yarımmüdafiəçilər: Baqali Dabo ("Neftçi"), Dario Frederiko (hər ikisi "Neftçi"), Cavid Hüseynov ("Qəbələ"), Miçel ("Qarabağ")

Hücumçular: Mirabdulla Abbasov ("Neftçi"), Atilla Yıldırım ("Sumqayıt")

Qeyd edək ki, rəmzi komanda “İnStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!