Sabahdan başlayaraq, oktyabrın 28-dək Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.
ASAN Radionun məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq şöbəsinin müdiri Asəf Ömərov deyib.
Onun sözlərinə görə, yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub: "Bundan 5 ton çərçivə halındadır. Daha çox arı məhsulları Astara və Aran iqtisadi rayonlarından daxil olub".
Şöbə müdiri vurğulayıb ki, Azərbaycanda 271.682 arı ailəsi var: "Hər arı ailəsindən illik məhsuldarlıq orta hesabla 10 kq, illik respublika üzrə bal istehsalı 3.000 ton, bal istehlakı 5.000 tondur. Ən çox arı ailəsi Zaqatala (1.7097), Astara (12.429), Qax (9.125), Lerik (8.669) və Balakəndədir (8.581)".
A.Ömərov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi hər il yarmarkanın təşkilati və məhsulların keyfiyyəti məsələləri üçün cavabdehlik daşıyırdı.
Bu il isə nazirlik yarmarkanın yalnız təşkilati məsələlərinə görə cavabdehlik daşıyır.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib ki, bu il bal istehsalı ötən ilə nisbətən az olduğundan qiymətlər ötən ildən fərqlənəcək. B.Həsrətov ötən il 1 kq balın orta qiyməti 20 manat olduğu halda, bu il orta qiymətin 20-25 manat olacağını söyləyib. O, arıçıların qiymətin müəyyən edilməsində sərbəst olduğunu da açıqlayıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!